Gürcüstan bu tarixi anı – Ermənistan və Azərbaycan, eləcə də region və bütün dünya üçün mühüm hadisəni – alqışlayır.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O, Donald Trampı, Prezident İlham Əliyevi və Nikol Paşinyanı bu uğur, əlamətdar sülh sazişinin imzalanması və regionda sabitlik və iqtisadi inkişafın yeni dövrünün başlanması münasibətilə təbrik edirib.
“Gürcüstan həmişə regional sülh və əməkdaşlıq tərəfdarı olub və bu yanaşmanı qətiyyətlə dəstəkləməyə davam edəcək”, – Baş nazir vurğulayıb.
Azinformasiya.az