“Avropaya inteqrasiya Gürcüstanın siyasi gündəliyinin bir hissəsidir. Konstitusiyamızda yazılıb ki, Avropa İttifaqının tamhüquqlu üzvü olmalıyıq və biz bu plana əməl edəcəyik”.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabidə keçirilən Dayanıqlı İnkişaf Həftəsi sammitində deyib.
O, Gürcüstanın assosiasiya sazişinin müddəalarına sarsılmaz şəkildə əməl etdiyini bildirərək qeyd edib ki, bu baxımdan davamlı islahatlar həyata keçiriləcək.
Xatırladaq ki, Gürcüstan 2024-cü ilin noyabrında Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bildirib.
Azinformasiya.az