Kobaxidze: AŞPA-da Gürcüstanla bağlı müzakirələr bizim üçün maraqlı deyil

Gürcüstan Baş naziri İrakli Kobaxidze AŞPA-da Gürcüstanla bağlı müzakirələrin aparılmasına münasibət bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, hökumət rəhbəri AŞPA-nın qərarının Gürcüstan hakimiyyəti üçün maraqlı olmadığını qeyd edib.

“Bizim üçün maraqlı deyil, Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırdığımızı bildirmişik. İndi onların qərar vermək üçün praktiki olaraq heç bir şeyləri yoxdur. Bizim AŞPA-da fəaliyyətimiz dayandırılıb” – Kobaxidze vurğulayıb.

Qeyd edək ki, aprelin 10-da AŞPA-da Gürcüstanla bağlı debat keçiriləcək. Müzakirələr zamanı Gürcüstan nümayəndə heyətinin mandatları ilə bağlı 29 yanvarda qəbul edilmiş qətnamədən sonrakı vəziyyətə diqqət yetiriləcək.

Xatırladaq ki, Gürcüstan nümayəndə heyəti qətnamənin qəbul edildiyi gün- yanvarın 29-da AŞPA-da fəaliyyətini dayandırdığını bəyan edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir