Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı (Aİ) və ölkə arasında vizasız gediş-gəliş rejiminin dayandırılacağını düşünmür.
Azinformasiya.az xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.
Onun sözlərinə əsasən, Aİ gürcü xalqından çox qıcıqlanıb:
“Lakin hesab etmirəm ki, vizasız rejimi ləğv etməklə xalqı cəzalandıracaqlar”.
Hökumət rəhbəri Gürcüstanın avrointeqrasiya üçün mümkün olan bütün addımları atdığını söyləyib.
“Gürcüstan namizəd ölkələr arasında bütün istiqamətlər üzrə bir nömrəli ölkədir. Avropa İttifaqının münasibəti praqmatik olsa, biz 2030-cu ildə təşkilatın üzvü olacağıq”,- deyə İ.Kobaxidze qeyd edib.
Qeyd edək ki, ötən gün Avropa Parlamenti Aİ-yə üzv olmayan Gürcüstan da daxil olmaqla 61 ölkə üçün vizasız rejimin dayandırılmasını sadələşdirəcək qanun layihəsini dəstəkləyib.
Azinformasiya.az