Kobaxidze: Aİ Gürcüstana olan tələblərini Moldova və Ermənistan üçün irəli sürmür

Avropa İttifaqının (Aİ) Gürcüstana ikili yanaşması utancvericidir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə əsasən, Avropa bürokratiyası artıq Rusiyaya qarşı sanksiyalara qoşulmağı birbaşa olaraq tələb edir.

“2022-ci ildə biz sadə hesablama apardıq və gördük ki, sanksiyalara qoşulmaq ən azı iqtisadiyyatda 10 faizlik geriləməyə gətirib çıxara bilər. Buna görə də biz milli maraqlarımıza uyğun olan qərar qəbul etdik”, – Kobaxidze vurğulayıb.

Baş nazir eyni zamanda xatırladıb ki, Avropa bürokratiyası bu cür tələbləri Moldova, Ermənistan və ya digər ölkəyə irəli sürməyib:

“Burada da ikili standartlar müşahidə olunur. Müəyyən ölkələrin baş nazirləri Avropadan Moskvaya uça bilirlər. Biz buna etiraz etmirik, bu, müvafiq ölkələrin öz işidir. Bir halda məqbul olan digər halda kəskin mənfi reaksiyaya səbəb ola bilər”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir