Kiyev 2022-ci ilin oktyabrında Krım körpüsünə zərbə endirdiyini etiraf edib.
Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında yazıb.
Anna Malyar Ukrayna-Rusiya müharibəsinin 500 gününün nəticələrinə həsr olunmuş məqaləsində Rusiyanın logistikasını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçdiyini vurğulayıb.
Bundan öncə mayın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk dolayı olaraq Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsünün dağıdılmasında iştirakını təsdiqləmişdi.
Azinformasiya.az