KİV: Yəməndə üç SEPAH zabiti və altı Hizbullah üzvü Husilərin hərbi infrastrukturuna edilən hücumların qurbanı olub

Yəməndə yanvarın 12-dən bəri ABŞ-ın husi qiyamçı Ənsar Allah hərəkatının hədəflərinə endirdiyi zərbələr nəticəsində azı 75 nəfər ölüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Telekanalın mənbələrinin məlumatına əsasən, ölənlər arasında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və husilərə Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumların təşkilində köməklik göstərən Livan şiə Hizbullah partiyasının hərbi məsləhətçiləri də var. Beləliklə, ən azı üç İran İnqilabı Keşikçiləri Korpusunun zabiti və altı Hizbullah üzvü Husilərin hərbi infrastrukturuna edilən hücumların qurbanı oldu. Telekanalın məlumatına görə, əcnəbi mütəxəssislər “ayrı-ayrı əməliyyatlar zamanı və müxtəlif yerlərdə” öldürülüb.

Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər. ABŞ Mərkəzi Komandanlığının hesablamalarına əsasən, husilər ötən il noyabrın ortalarından bəri 20-dən artıq mülki gəmiyə hücum edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir