Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) Şurasının müvəqqəti Prezidenti ola bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Politico”nun məlumatında bildirilib. Qeyd olunub ki, buna səbəb Aİ Şurasının Prezidenti Şarl Mişelin iyunda keçiriləcək Avropa Parlamenti seçkilərində namizəd kimi iştirak etməsidir.
Şarl Mişel Belçika mediasına açıqlamasında seçkilərdə iştirak etmək məqsədilə öz vəzifəsini vaxtından tərk edəcəyini bildirib. Qeyd olunub ki, Mişel seçiləcəyi halda iyulun ortalarında Avropa parlamentində vəzifə tutacaq. Bu səbəbdən Aİ liderləri mümkün qədər tez bir vaxtda onun xələfini müəyyənləşdirməlidirlər.
Aİ liderləri tərəfindən razılıq əldə edilməyəcəyi halda Aİ Şurasının Prezidenti postu iyulda rotasiya qaydasında Avropa İttifaqı Şurasına sədrliyi əldə edəcək Macarıstanın Baş naziri Viktor Orbana 6 ay müddətinə həvalə ediləcək.
Səlahiyyət müddəti cari ilin noyabrına kimi olan Şarl Mişelin vəzifəsindən ayrılaraq parlament seçkilərində iştirak etmək hüququ olsa da, bu vəziyyətin Aİ liderləri üçün arzuolunmaz olduğu və onları əlavə təzyiq altında qoyduğu bildirilir.
Azinformasiya.az