KİV: “Vaqner” şəxsi heyətinin 3/4-nü itirib

Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkəti Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərinə hücum nəticəsində şəxsi heyətinin 3/4-nü itirib.

 

Azinformasiya.az “İnsayder”ə istinadən xəbər verir ki, bu barədə şirkətin komandirlərindən biri bildirib.

Onun sözlərinə əsasən, “Vaqner”in 78 000 döyüşçüsü olub. Onlardan 49 minini məhbuslar, 29 mini peşəkar və könüllülərdir.

Bildirilib ki, “Vaqner”in şəxsi heyətinin 22 mini döyüşlərdə ölüb, 40 mini isə ağır yaralanıb. Belarusa gedən döyüşçülərin sayı 10 000-dir, 15 min döyüşçü isə məzuniyyətdədir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir