KİV: Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı Yunanıstanla birbaşa danışıqlar aparıb

Ukrayna gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı Yunanıstanla birbaşa danışıqlar aparıb və görüşlər xarici işlər nazirlikləri səviyyəsində baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Yunanıstanın “Ekathimerini” nəşri yazıb.

Nəşrin sözlərinə əsasən, danışıqlar zamanı Kiyevin ehtiyacı olan sahələr, əsasən hava hücumundan müdafiə (HHM) vasitələri, artilleriya, zirehli texnika, döyüş təyyarələri və sursat məsələləri müzakirə edilib.

Bundan başqa, Ukraynanın müharibədən sonra yenidən qurulması, ölkənin Qərbi Avropa iqtisadi zonasına daxil edilməsi və enerji təhlükəsizliyi müzakirə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir