Ukrayna qüvvələri Xersonda Dnepr çayı boyunca hücuma keçib.
Azinformasiya.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın dövlət mediası məlumat yayıb.
Məlumata əsasən, Kiyevin qüvvələri Rusiya işğalı altındakı Kozaçi Laqeri kəndi yaxınlığına çıxmağa cəhd edib. Rusiyalı hərbi bloggerlərdən biri pusquya salınan 25 ukraynalı hərbçinin öldürüldüyünü və ya ələ keçirildiyini, onlardan üçünün zabit olduğunu iddia edib. Rusiya mənbələri, eyni zamanda Ukraynanın hücumunun nəticəsiz olduğunu bildirib
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə Baş Qərargahın Xersona hücumla bağlı Rusiya mediasında yayılan xəbərləri təsdiqləmədiyini qeyd edib və yayılan məlumatların orijinal mənbəyinin ruslar olduğunu söyləyib.
CNN-in məlumatında əks olunub ki, bəzi təhlilçilər Ukraynanın Xersondakı fəaliyyətlərinin Rusiya qüvvələrinin Zaporoje regionuna yenidən yerləşdirilməsinin qarşısını almaq məqsədi daşıdığını bildirirlər.
Zaporojenin ələ keçirilməsinin Ukrayna üçün açar olaraq qaldığı bildirilib.
Azinformasiya.az