Ukrayna Silahlı Qüvvələri ABŞ-ın verdiyi kasetli bombalardan istifadə etməyə başlayıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Washington Post” bilgili mənbələrə istinadən məlumat yayıb.
“Məsələdən məlumatlı ukraynalı rəsmilərə görə, Ukrayna ölkənin əks-hücumunu gecikdirən Rusiyanın yaxşı möhkəmləndirilmiş mövqelərini dağıtmaq üçün Ukraynanın cənub-şərqindəki Rusiya qüvvələrini ABŞ tərəfindən təmin edilmiş kasetli sursatlarla vurmağa başlayıb”, – nəşr yazıb.
Ukrayna rəsmisi “The Washington Post“a bildirib ki, bu sursatlar əraziləri geri almaq istəyən Ukrayna qüvvələrinin fəaliyyətini gecikdirən Rusiya mövqelərinə qarşı istifadə olunub.
Azinformasiya.az