KİV: Türkiyə və BMT “taxıl sazişi” ilə bağlı təkliflər hazırlayır

Türkiyə və BMT “taxıl sazişi” ilə bağlı təkliflər hazırlayır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “RİA Novosti“ məlumat yayıb.

Agentliyin məlumatına görə, danışıqlar prosesində iştirak edən mənbə bildirib ki, Türkiyə və BMT Rusiya tərəfi üçün “taxıl sazişi”ni bərpa etmək üçün təkliflər hazırlayır, bəzi problemli məsələlər qalır və onlar əsasən bank prosesləri ilə bağlıdır.

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiya qarşısında üzərinə öhdəliklər götürən tərəflərin həmin öhdəlikləri gerçəkləşdirəcəyi təqdirdə ölkəsinin “taxıl sazişi”nə qayıtmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, Rusiya “taxıl sazişi”ndə iştirakını 18 iyulda dayandırıb, Türkiyə, Ukrayna və BMT-ni bu barədə məlumatlandırıb. Rusiya Prezidenti diqqətə çatdırıb ki, BMT-nin səylərinə rəğmən, razılaşmada Rusiyanın xeyrinə aid olan hissəsinin şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək istəmirlər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir