ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları Xarkovda uşaq bağçasına dron hücumu baş verdikdən sonra tətbiq edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə CNN administrasiyadakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, hücum zamanı uşaqların böyüklərlə birlikdə qorxu içində binadan qaçaraq çıxması kadrları qərarın əsas səbəblərindən biri olub.
Qeyd olunur ki, Prezident, eyni zamanda Qəzzadakı danışıqlar təcrübəsini xatırlayıb və yalnız sərt addımların nəticə verdiyini vurğulayıb.
Azinformasiya.az