KİV: Suriyanın ABŞ hərbi bazası yaxınlığında güclü partlayış olub

Suriyanın Əl-Şaddada şəhəri yaxınlığındakı ABŞ hərbi bazası yaxınlığında bir neçə güclü partlayış olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin ehtimalına əsasən, ABŞ hərbi bazası raket atəşinə tutula bilər. Ərazidə yerləşən Amerika bölmələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyi də vurğulanıb.

Həmçinin Suriyanın Deyr əz-Zor əyalətindəki Konoko neft-qaz yatağı yaxınlığındakı Amerika bazasında sirenlər səslənib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir