Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenskini iyulun 17-18-də Brüsseldə keçiriləcək Avropa İttifaqı-Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) sammitinə dəvət etmək fikrindən daşınıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Zelenski sammitdə iştirak etmək üçün birbaşa müraciət etsə də, Şarl Mişelin simasında aparıcı onu dəvət etməmək qərarına gəlib. Qeyd olunub ki, Ukraynadakı müharibə fonunda Avropanın Amerika qitəsində müttəfiqlərə ehtiyacı var. Avropa İttifaqı tədbirdə bu cür əlaqələr yaratmağı qarşısına məqsəd qoyub.
Buna rəğmən avropalı diplomatlar Ukraynanın Aİ liderlərinin ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı müzakirəsində iştirak edəcəyinə əminliklərini bildirirlər.
V.Zelenski qeyd edib ki, Ukrayna bütün Avropanın təhlükəsizliyini təmin etməyə hazırdır. CELAC sammitinin başlamasına bir neçə həftə qalmış İspaniyanın Baş naziri Pedr Sançes Ukrayna dövlət başçısını Latın Amerikası sammitində iştiraka dəvət edib. Ancaq digər ərazi liderləri buna qarşı çıxdılar. Venesuela parlamentinin Xarici Siyasət Komissiyasının sədr müavini İleniya Karrasko Zelenskinin sammitdə iştirakını yersiz hesab edib.
Azinformasiya.az