KİV: Putin Paşinyandan münasibətlərin gərginləşməsinə aydınlıq gətirməsini istəyir

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsinə görə Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyanın şəxsən aydınlıq gətirməsini istəyir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, Rusiya hakimiyyəti bu dəfə çox ciddidir. Buna görə də Paşinyandan növbəti yarımçıq, qeyri-müəyyən cavablar deyil, daha aydın və konkret cavablar tələb edəcək.

Eyni zamanda qeyd olunub ki, Paşinyanın Sankt-Peterburq səfəri səbirsizliklə gözlənilirdi, çünki Rusiya hakimiyyətinin ona bir çox sualları var və Putin həmin suallara şəxsən Paşinyanın özünün aydınlıq gətirməsini istəyir.

Nəşrin sözlərinə görə, uzun müddətdir müşahidə edilir ki, Ermənistan hökuməti Rusiyanın vasitəçiliyi ilə təşkil edilən bütün görüşlərdən yayınıb, ancaq indi görünən odur ki, Paşinyan hakimiyyəti nəhayət Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb, peşman olduğu üçün onları bərpa etmək qərarına gəlib.

Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib. Ermənistan hökumət rəhbəri Avrasiya Ali İqtisadi Şurasının iclasında iştirak edib. Paşinyan bu gün MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammitində iştirak edəcək.

Kremlin sözçüsü Dmitri Peskov isə bunu uzun fasilədən sonra Paşinyanla Putin arasında dialoq üçün əla fürsət adlandırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir