KİV: Priqojinin qiyamından sonra NATO Rusiya MN ilə əlaqə saxlayıb

Yevgeni Priqojinin hərbi qiyama cəhdindən sonra NATO Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb.

“La Repubblica”nın məlumatına əsasən, Rusiyada baş verənlərdən sonra NATO-nun diqqəti ölkədə dərhal istifadəyə hazır 1400-dən çox nüvə başlığına yönəlib.

“La Repubblica” qeyd edir ki, Qərb həm də dərhal “üsyançıların cəsarət etdiyi hərəkətlərdə Qərbin heç bir rolu olmadığını” açıqlamaq istəyib.

Nəşr bildirir ki, Rusiyada Kremllə “Vaqner”in muzdluları arasında baş verən toqquşma xəbəri Qərb liderlərinə və NATO-nun masalarına gəlməyə başlayan kimi ilk səsləndirilən fikir bu olub: “Biz eskalasiya riskindən qaçmalıyıq. Nüvə qəzasının qarşısını alınmalıdır”.

“Hər şeyin mümkün olduğu bir yerdə – Moskvadakı xaosun tamamilə idarəolunmaz vəziyyətə gətirməsinə imkan verilməməlidir. ABŞ lideri Bayden ilə Avropanın əsas dövlət və hökumət rəhbərləri arasındakı təmaslarda bu məqam vurğulanıb”, – İtaliya nəşri yazıb.

“La Repubblica” yazıb ki, Atlantik Alyansının Qərargahının tamamilə qeyri-rəsmi əlaqələri arasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu da olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir