“Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin hərbi qiyam cəhdindən sonra Rusiya Müdafiə Nazirliyində yoxlamalar aparılıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri öz mənbəsinə istinadən məlumat yayıb.
Müdafiə naziri Sergey Şoyqunun yaxın ətrafının “Vaqner”lə mümkün əlaqələrin olması ilə bağlı araşdırıldığı bildirilib.
Həmçinin qeyd olunub ki, Rusiya lideri Vladimir Putin müdafiə naziri Şoyqu və baş qərargah rəisi Gerasimovu özünün uzunmüddətli tərəfdarları olduğu üçün vəzifələrindən azad etməyi planlaşdırmır.
Azinformasiya.az