İsrail Baş naziri Benyamin Netanyahu yaxın gələcəkdə müdafiə naziri Yoav Qallantı istefaya göndərməyə hazırlaşır.
Azinformasiya.az xəbər verir ki, bu barədə “KAN News” Baş nazirin Ofisindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə əsasən, Netanyahunun tərəfdaşları Qallantı əvəzləmək üçün Milli Birlik Partiyasının sədri Gideon Saarla danışıqlar aparır. Ancaq Saar bu iddiaları təkzib edib.
Baş nazirin Ofisi də “Gideon Saarla danışıqlara dair” yayılan xəbərləri yalan adlandırıb.
Azinformasiya.az