Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Suriyada Bəşər Əsədlə danışıqlar aparacaq.
Azinformasiya.az xəbər verir ki, bu barədə “RİA Novosti“ Suriya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Verşinin bu gün Dəməşqə səfəri çərçivəsində Suriya Prezidenti Bəşər Əsədlə danışıqlar aparacaq.
Qeyd edək ki, bu görüşdən əvvəl Rusiya, Suriya, İran və Türkiyə XİN rəhbərlərinin müavinləri arasında Astanada danışıqla baş tutub.
Xatırladaq ki, 20 iyunda Qazaxıstanda Suriya üzrə 20-ci Astana danışıqları olub.
Suriyadakı münaqişənin həlli üçün qarant ölkələr olan Türkiyə, Rusiya və İran nümayəndə heyətləri müzakirələr aparmaq üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə gedib. Danışıqlarda Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçaparın, Rusiyanı xarici işlər nazirinin müavini Mixail Boqdanovun, İranın isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacının rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Azinformasiya.az