ABŞ-ın virse-prezidenti Kamala Harris prezident seçiləcəyi təqdirdə, hazırkı dövlət katibi Antoni Blinken, müdafiə naziri Lloyd Ostin və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanı vəzifələrindən uzaqlaşdıracaq.
Azinformasiya.az xəbər verir ki, bu iddia ilə “Wall Street Journal” çıxış edib.
Qəzet yazıb ki, bu məsələnin reallaşmasında əsas rolu Barak Obamanın dövründə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri olmuş Filip Qordon oynayacaq.
Hazırda Kamala Harrisin komandasında yer alan F. Qordon əvvəllər Ağ Evdə Yaxın Şərq məsələləri üzrə müşavir vəzifəsində çalışıb.
Məqalədə, həmçinin qeyd edilib ki, Filip Qordon Suriyada Bəşər Əsəd əleyhdarları olan döyüşçülərin silahlandırılması planına qarşı olması ilə yadda qalıb.
Qeyd edək ki, ABŞ-də Prezident seçkisi noyabrın 5-də keçiriləcək.
Azinformasiya.az