İsrail və HAMAS arasında 3 günlük atəşkəs barədə razılıq əldə olunub.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
İsrail, eyni zamanda razılaşmanın bir hissəsi olaraq BMT-nin nəzarəti altında Qəzza zolağına məhdud miqdarda yanacağın daxil olmasına razılıq verib.
HAMAS isə 50 israilli mülki girovu, habelə uşaqları İsrail həbsxanalarında məhbus olan 50 qadın və uşağın müqabilində azadlığa buraxmağa razılaşıb.
Mənbələr əlavə edib ki, razılaşmanı qəbul etmək üçün ABŞ İsrailə təzyiq edib.
Azinformasiya.az