Yüksək səviyyəli İsrail nümayəndə heyəti HAMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün yanvarın 8-i axşam Qahirəyə gedib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Al-Araby Al-Jadid” qəzeti misirli mənbəyə istinadən yazıb.
Qeyd edək ki, girovların azad olunması ilə bağlı danışıqlar HAMAS-ın siyasi qanadının rəhbərinin müavini Saleh əl-Arurinin bir həftə əvvəl Beyrutda öldürülməsindən sonra dayandırılmışdı.
Xatırladaq ki, oktyabrın 7-də HAMAS İsrailin cənubuna gözlənilməz hücum edərək 1200-dən artıq israillini qətlə yetirib, 240-dan artıq israillini girov götürüb. Girov götürülənlərin əksəriyyəti mülki şəxslərdir. Qətərin vasitəçiliyi danışıqlar nəticəsində girovların bir qismi sərbəst buraxılsa da hələ də Qəzzada girov saxlanılanlar var.
Azinformasiya.az