KİV: İsmayıl Haniyənin varisi məlum olub

İsmayıl Haniyənin varisi Məhəmməd İsmayıl Dərviş HAMAS-ın siyasi qanadına rəhbərlik edəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Al-Arabiya” kanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, Qətərdə yaşayan Məhəmməd İsmayıl Dərviş yeni seçkilər keçirilənə kimi HAMAS-ın siyasi bürosuna rəhbərlik edəcək.

Xatırladaq ki, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə olan İsmayıl Haniyə iyulun 31-də Tehrandakı iqamətgahına raket zərbəsinin endirilməsi nəticəsində həlak olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir