KİV: İraqda iğtişaşlarla əlaqədar 40 nəfər saxlanılıb

Dünən baş verən iğtişaşlarla bağlı Kərkük şəhərinin kürd məhəllələrində yaşayan azı 40 nəfər İraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rudaw telekanalı məlumat yayıb.

Məlumata əsasən, İraq ordusu şəhərin kürd rayonlarına tam nəzarət edir, eskalasiyaya səbəb olan etiraz nümayişinin bitməsinə baxmayaraq, saxlama əməliyyatı davam edir. Şəhərin məhəllələrində İraqın antiterror xidmətinin qüvvələri yerləşdirilib. Kərkük polis idarəsi bildirib ki, təhlükəsizlik qüvvələri şəhər ətrafında sərbəst hərəkətə mane olmur və təhlükəsizliyi təmin etməyə çağırır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir