İran raket birləşmələrinin taktiki yerdəyişməsinə və orduda genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Rəsmi Tehranın bu addımı HAMAS lideri İsmail Haniyə və “Hizbullah”ın yüksək rütbəli rəsmisi Fuad Şükrün qətlinə görə qisas almaq məqsədilə atdığı bildirilib. Yazıda bildirilir ki, ABŞ Administrasiyası da “Hizbullah”ın da cəlb olunacağı mümkün hücuma qarşı cavab tədbirlərini nəzərdən keçirir.
ABŞ lideri Co Baydenə gəlincə, o, vəziyyət gərginləşərsə regiona “F-22” qırıcıları və xüsusi aviasiya qruplarını göndərməklə bağlı qərar verib.
Qeyd edək ki, ABŞ kəşfiyyatından sızan xəbərlərə əsasən, hazırda gizli kanallar vasitəsilə İranın İsrailə hücumu edəcəyi tarix dəqiqləşdirilir.
Azinformasiya.az