KİV: Fransada PSJ-nin qələbəsi sonrası iğtişaşlarda iki nəfər həyatını itirib

PSJ-nin Çempionlar Liqası qələbəsi Fransa şəhərlərində iğtişaşlara səbəb olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə TF1 telekanalı polis mənbəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Paris Sen-Jermen klubunun Çempionlar Liqası finalında qələbəsindən sonra Fransanın bir sıra şəhərlərində baş verən iğtişaşlar nəticəsində iki nəfər həyatını itirib.

Həlak olanlardan biri 20 yaşlı qız olub. O, skuter sürərkən PSJ azarkeşləri tərəfindən avtomobillə vurulub və bu hadisə Parisin cənub-qərbində, XV rayonunda baş verib.

Digər həlak olan isə 17 yaşlı oğlan olub. Ona Fransanın cənub-qərbindəki Dax kommunasında yerləşən fan-zonada naməlum şəxslər bir neçə bıçaq zərbəsi endiriblər.

Bildirilir ki, iğtişaşlar zamanı 192 nəfər xəsarət alıb. Ümumilikdə ölkə üzrə 426 nəfər saxlanılıb, onlardan 417-si Parisdə saxlanılır.

Paris Sen-Jermen tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub və turnirin final matçında beş top fərqi ilə qalib gələn ilk komanda adını qazanıb. Münhendə keçirilən həlledici qarşılaşmada PSJ 5:0 hesabı ilə “İnter” klubunu məğlub edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir