KİV: Ermənistanda hakim partiya Simonyanın istefasını tələb edir

“Vətəndaş Müqavilə” partiyası Baş nazir Nikol Paşinyandan parlamentin spikeri Alen Simonyanın istefasını tələb edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Joxovurd” yazıb.

Nəşrin məlumatına əsasən:

“Vətəndaş Müqavilə” partiyası hesab edir ki, Simonyan və onun ətrafı dəfələrlə qalmaqalların mərkəzində olub, ancaq cəzasız qalıb. Onlara görə bu cəzasızlıq mühitinə son qoymaq lazımdır, çünki bu, komandanın reytinqinə zərər verir.

Partiya Simonyanın həyat yoldaşının idarə etdiyi “Freenews” telekanalının 23,3 milyon dram borcu ilə bağlı məsələni, eyni zamanda Simonyanın qardaşının həyat yoldaşı Anya Gevorqyanın İqtisadiyyat Nazirliyində sui-istifadə halları ilə bağlı həbs edilməsinə diqqət çəkib.

Başqa bir irad isə 2023-cü ilin aprelində Simonyanın vətəndaşın üzünə tüpürməsi və ictimaiyyətin sərt şikayətlərinə baxmayaraq cəzasız qalması ilə bağlıdır. İndi isə Paşinyanın tərəfdarları Simonyanı cəzalandırılmalı olduğunu deyirlər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir