KİV: Danışıqlardan sonra ABŞ Ukraynanın dövlət borcunu azaltmağa razılaşıb

Ukrayna və ABŞ arasındakı danışıqlardan sonra rəsmi Vaşinqton Ukraynanın dövlət borcu kimi tanıdığı məbləği 300 milyarddan 100 milyard dollaradək azaltmağa razılaşıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Bloomberg“ nəşri yazıb.

Bununla belə, rəsmi Vaşinqton hələ də Ukraynanın malik olduğu aktivlər, o cümlədən faydalı qazıntıların hasilatı və infrastruktur layihələrindən əldə edilən gəlirlə bağlı razılaşmanın imzalanmasında israr edir.

ABŞ-ın təklifinə əsasən, yaradılacaq xüsusi fonda yönəldiləcək bu vəsait sonradan Ukraynanın bərpasında istifadə olunacaq.

Xatırladaq ki, rəsmi Kiyev sözügedən məbləğin hərbi yardım olaraq rəsmiləşdirilməsini istəyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir