Çin Kubadakı bazadan ABŞ haqqında kəşfiyyat məlumatları toplamaq üçün istifadə edir.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.
Belə ki, qəzet ABŞ rəsmisinə istinadən yazır ki, Çin ABŞ-ı Kubadakı bazasından izləyir. Vaşinqton bu vəziyyətdən narahatdır və buna qarşı tədbirlər görür.
“Doğrusu, Çin 2019-cu ildə Kubadakı kəşfiyyat məlumatlarının toplanması obyektlərini təkmilləşdirdi. Bu, kəşfiyyat hesabatlarında tam şəkildə sənədləşdirilib”, – mənbə qeyd edib.
Azinformasiya.az