Avropa İttifaqı (Aİ) və Türkiyə Gömrük İttifaqı sazişinin genişləndirilməsi ilə bağlı danışıqlar aparır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Məlumatda, həmçinin qeyd olunub ki, keçən ay Aİ xarici işlər nazirləri Ankaranın İsveçin NATO-ya üzvlüyünün təsdiqinə prinsipial razılıq verməsindən sonra “Türkiyə ilə ikitərəfli münasibətlərin gücləndirilməsi” üzərində işləməyə hazır olduqlarını bəyan ediblər.
Azinformasiya.az