KİV: ABŞ və Çin mübahisəli məsələlər üzrə işçi qrupları yaradacaqlar

Vaşinqton və Pekin mübahisəli məsələlərin həlli üçün bir sıra işçi qrupları açmağı planlaşdırır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Bunun ikitərəfli münasibətlərdə irəliləyiş olduğu bildirilib.

İşçi qrupu Asiya-Sakit okean regionunda regional problemlər və dəniz məsələləri ilə məşğul olacaq.

İkitərəfli münasibətlərin daha geniş sahələrinə toxunacaq üçüncü işçi qrupunun təsis olunması da istisna edilmir.

Detalların yaxın bir neçə ay ərzində ABŞ və Çin diplomatları tərəfindən müzakirə ediləcəyi ehtimal olunur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir