KİV: ABŞ Ukraynaya hərbi yardımı bərpa etməyəcək

Ukrayna ilə minerallara dair müqavilədən sonra ABŞ Kiyevə hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməyəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “NBC News” ABŞ Administrasiyasındakı məmurlara istinadən məlumat yayıb.

Qeyd edilib ki, ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodomir Zelenskinin sülh danışıqlarına münasibətinin dəyişməsini, ərazi güzəştlərinə hazır olmasını, eləcə də prezident seçkilərinin keçirilməsi üçün addım atmasını görmək istəyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir