ABŞ Daxili Təhlükəsizlik Departamenti son həftələrdə keçmiş ABŞ lideri Donald Trampın məxfi xidmətdən təhlükəsizliyini artırmaq üçün onun tələbini rədd edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “The Federalist” jurnalı Trampın təhlükəsizliyinin adının açıqlanmayan nümayəndəsinə istinadən yazıb.
Jurnal ondan sitat gətirib: “Trampın təhlükəsizlik komandası həftələrdir ki, onun müdafiəsini gücləndirmək və imkanlarını artırmaq istəyir, lakin Prezident Co Baydenin Daxili Təhlükəsizlik Departamenti onun tələblərini dəfələrlə rədd edib”.
Azinformasiya.az