KİV: ABŞ Putini Kaliforniyada keçiriləcək APEC sammitinə dəvət etməyəcək

ABŞ Rusiya Prezidenti Vladimir Putini Kaliforniyada keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı (Asia-Pacific Economic Cooperation – APEC) sammitinə dəvət etməyəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “The Washington Post“ nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin sözlərinə əsasən, keçən il sanksiyalara məruz qalan və ümumiyyətlə ABŞ-a girişi qadağan edilən Rusiya Prezidentinə icazə verilmədiyi halda APEC sammitinə buraxılmayacaq.

Qeyd edək ki, APEC sammiti bu ilin noyabr ayında Kaliforniya ştatının San-Fransisko şəhərində keçiriləcək. Sammitdə 19 ölkə iştirak edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir