ABŞ Ukraynaya 155 mm-lik mərmi tədarük etmək barədə Bolqarıstan və Cənubi Koreya ilə razılığa gəlib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşri ABŞ rəsmilərinə istinadən yazıb.
Nəşrin sözlərinə əsasən, ABŞ Bolqarıstan və Cənubi Koreya ilə Kiyevə 155 millimetrlik mərmi tədarük etmək üçün müqavilələr bağlayıb və hazırda Yaponiya ilə də bu yöndə danışıqlar aparır.
Qeyd edək ki, ABŞ lideri Co Bayden 7 iyul tarixində ölkəsinin Kiyevə kasetli bombaların tədarükünə başlamaq qərarını açıqlayıb.
Azinformasiya.az