Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra Rusiya lideri Vladimir Putinlə görüşə bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyənin A Haber telekanalı məlumat yayıb.
Bildirilib ki, Ukrayna böhranının həlli ilə bağlı gələcək addımları müzakirə etmək üçün Ərdoğan Zelenski ilə danışıqlardan sonra Putinlə görüşə bilər.
Məlumata əsasən, görüşün Türkiyədə baş tutacağı mütləq deyil, ancaq görüşün əyani olacağı mütləqdir.
Azinformasiya.az