“Biz hamımız sizinləyik, nə qədər lazımdırsa, Ukraynanın yanındayıq”.
Azinformasiya.az xəbər verir ki, bu fikirləri London Sammitində Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.
“Guardian” yazıb ki, baş nazir bu cür situasiyalarla “hər nəslin bir dəfə qarşılaşdığını” qeyd edib: “Bu, Avropanın təhlükəsizliyi üçün nəsillərin bir dəfə qarşılaşdığı məqamdır. Ukrayna üçün yaxşı nəticə əldə etmək yalnız doğru və ya yanlış məsələ deyil. Bu, buradakı hər bir xalqın və bir çox başqalarının təhlükəsizliyi üçün çox vacibdir”.
Baş nazir, həmçinin qeyd edib ki, Baltikyanı ölkələrlə daha əvvəl danışıb, çünki onlar da “bizim müzakirəmizin bir hissəsidir”.
Bundan başqa, Starmer vurğulayıb ki, o, Ukrayna ilə bağlı plan üzərində işləyib, daha sonra bunu ABŞ-la müzakirə edib birlikdə irəliyə aparmaq niyyətindədir.
Onun sözlərinə əsasən, London Sammiti “ədalətli, davamlı sülhü necə təmin edə bilərik” və Ukraynanı necə dəstəkləyə bilərik” sualına cavab axtarır: “Çünki Rusiya sülhdən danışsa da, amansız təcavüzünü davam etdirir”.
Azinformasiya.az