Keniyanın paytaxtı Nayrobidə yerləşən orta məktəblərdən birindəki yanğın nəticəsində 17 nəfər ölüb.
Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, ölənlərin həmin təhsil müəssisəsinin şagirdləri olduğu açıqlanıb.
Hazırda ərazidə təhqiqat işləri davam etdirilir. Polis hadisənin səbəblərinin hərtərəfli araşdırılacağını vəd edib.
Azinformasiya.az