Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri, “6-lı masa”nın 14 mayda keçiriləcək Prezident seçkilərində vahid namizədi (CHP) Kemal Kılıçdaroğlunun ölkənin kürdyönümlü Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədrləri Pervin Buldan və Mithat Sancarla görüşü baş tutub.
Azinformasiya.az xəbər verir ki, 1 saatdan çox davam edən görüşdən sonra Kılıçdaroğlu mətbuata açıqlamasında “kürd məsələsinin adresi Türkiyə Böyük Millət Məclisidir” deyə qeyd edib.
Qeyd edək ki, Türkiyə hakimiyyəti HDP-ni PKK terror təşkilatını dəstəkləməkdə təqsirləndirir.
Azinformasiya.az