Keçmiş baş nazir: İsrailin Azərbaycanla dostluğu istənilən şəraitdə davam edəcək

 

İsraillə Azərbaycan arasında münasibətlər olduqca yüksək səviyyədədir.

Azinformasiya.az xəbər verir ki, bu sözləri İsrailin sabiq Baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında deyib.

“İsraildə hökumət dəyişikliyindən zərər görməyən bir ölkə var ki, o da Azərbaycandır. Çünki həm müxalifət, həm koalisiya hökuməti, həm də iqtidar Azərbaycanın yanındadır. Biz sizə hörmət edirik, sizin dostluğunuza görə minnətdarıq və bu dostluğumuz istənilən şəraitdə davam edəcək”, -sabiq Baş nazir vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir