Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynaya ötən gecə kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücumdan sonra beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiqləri artırmağa çağırıb.

 

Azinformasiya.az  xəbər verir ki, Kaya Kallas bu barədə X-da paylaşımında bildirib.

“Bu, bir daha göstərir ki, Moskva müharibəni dayandırmaq niyyətində deyil. Rusiya Ukraynaya yeni faciələr yaşatmağa və bu ölkəni məhv etməyə can atır. Bu müharibəni dayandırmaq üçün Rusiyaya ən güclü beynəlxalq təzyiq lazımdır”, – deyə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, ötən gecə Rusiya Ordusunun Ukraynaya kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələr nəticəsində 12 nəfər ölüb, 60-dan çox yaralı var.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir