Katz: Hərbi əməliyyatlar HƏMAS ölkəmizə təhdid yaratmaq niyyətindən əl çəkənədək davam edəcək

“HƏMAS-a qarşı hərbi əməliyyat girovlar azad olunana və təşkilat ölkəmizə təhdid yaratmaq niyyətindən əl çəkənədək davam etdiriləcək”.

 

Azinformasiya.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

O, eyni zamanda ordunun hərbi aktivliyinin Qəzza sektorunda yaşayan dinc əhaliyə qarşı yönəlmədiyini açıqlayıb:

“Təəssüf ki, HƏMAS dinc əhalinin arasında gizlənərək, onları atəşə tutur. Bu fakt çox ciddi itkilərlə nəticələnir. Bu səbəbdən biz növbəti dəfə sakinlərə müraciət edərək, onları hərbi əməliyyat bölgəsini tərk etməyə çağırırıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir