Kanadanın xarici işlər naziri Azərbaycan diasporasının üzvləri ilə görüşüb

Kanadanın xarici işlər naziri Melani Coli (Melanie Joly) ölkədəki Azərbaycan diasporasının üzvləri ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda kanadalı nazir “Twitter” hesabında paylaşım edib.

“Ötən gün Torontoda Kanadadakı azərbaycanlı şəbəkəsinin üzvləri ilə danışdım və Azərbaycan diasporunun mühüm töhfələrini, o cümlədən Kanadanın Azərbaycan və Ermənistan arasında sülhə gedən yola verdiyi dəstəyi müzakirə etdik”, – nazir paylaşımında bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir