“Xudavəng monastrı ermənilərə məxsus deyil. Onun tikildiyi ərazi, monastır kompleksi barədə qədim mənbələrdə məlumatlar var. Bunlar qədim mənbələrdə “sevordik” kimi göstərilən qədim türk tayfası suvarların ərazilərində tikilib”.
Azinformasiya.Az-ın xəbərinə görə, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov deyib.
Onun sözlərinə görə, qədim yazılı abidələri götürsək bunun kimə məxsus olduğu görünəcək: “Biz hər il beynəlxalq konfranslar təşkil edir, abidələrin bizə məxsus olduğunu beynəlxalq aləmin nəzərinə çatdırır, bu məsələləri işıqlandırırıq”.