Kambocanın Baş naziri 38 ildən sonra istefa verib

Kambocanın Baş naziri Hun Sen 38 ildən sonra istefa verdiyini bildirib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, o, baş nazir postunu oğlu general Xun Manetə verib.

Qeyd edək ki, iyulun 23-də Kambocada Milli Assambleyaya (parlamentin Aşağı Palatası) keçirilən seçkilərdə Baş nazir Hun Senin başçılıq etdiyi hakim Kamboca Xalq Partiyası (KXP) inamlı qələbə qazanıb. Məlumata əsasən, VII çağırış parlamentin aşağı palatasındakı 125 yerdən 120-ni hakim KXP, Müstəqil, neytral, sülhsevər və əməkdaşlıq edən Kamboca Uğrunda Milli Cəbhə Partiyası isə 5 yer qazanıb.

Qeyd edək ki, Hun Sen 1952-ci il aprelin 4-də Kambocada anadan olub. 1985-ci ildən Kambocanın Baş naziri, hakim Xalq Partiyasının sədridir. Vətəndaş müharibəsi zamanı Qırmızı Kxmerlərin komandiri olub. Pol Pot rejimindən ayrılaraq Vyetnama yönəlik xətt tutub. Pol Pot rejiminə qarşı mübarizədə və ölkədəki vətəndaş müharibəsində fəal iştirak edib. Yeri gəlmişkən, o, bu ilin mart ayında hakimiyyəti varisinə verməyə hazır olduğunu bildirmişdi: “Mənə 93 yaşına kimi yaşayacağımı deyiblər. Buna 22 il qalıb. Lakin heç kim ölənə qədər hakimiyyətdə ola bilməz”.

Onun oğlu Hun Manet 1977-ci il oktyabrın 20-də Kambocada anadan olub. Kambocanın siyasi və hərbi lideri, Kamboca Kral Silahlı Qüvvələrinin generalı və 2018-ci ildən Kamboca Kral Ordusunun komandiridir. O, Kambocanın Baş naziri Hun Senin böyük oğludur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir