Kamboca Krallığı tarixində 7-ci dəfə Milli Assambleyaya (parlamentin aşağı palatası) seçki keçirilir.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, parlament seçkiləri nəticəsində ölkəyə qarşıdakı 5 ildə rəhbərlik edəcək hökumət formalaşacaq.
Seçkilərə 18 partiya qatılıb. Bunların arasında hakim Kamboca Xalq Partiyası, Müstəqillik, Neytrallıq, Sülh və Əməkdaşlıq Uğrunda Milli Cəbhə, Demokratik Liqa, Kamboca Gənclər Partiyası və başqaları var.
Əhalisi 17 milyon nəfər olan Kambocada 9,71 milyon seçici mövcuddur. Bu seçicilər 23,7 min seçki məntəqəsində səs verəcək.
Azinformasiya.az