Avropa İttifaqı Yaxın Şərqdə müharibənin başa çatmasına çalışır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə deyib.
Aİ rəsmisinin sözlərinə əsasən , Körfəzdəki ölkələr, o cümlədən Misir və İordaniya ilə əlaqədədirlər, müharibənin bitməsinə çalışırlar.
Kallas qeyd edib ki, Aİ ölkələri Hörmüz boğazına qüvvə göndərmək istəmir. O, Aİ ölkələrinin müharibə başlayanda onlarla məsləhətləşmə aparılmadığını, savaşın məqsədlərini bilmədiklərini əsas gətirdiklərini bildirib.
Kallas həmçinin qeyd edib ki, gücdən yalnız iki halda istifadə edilə bilər – özünü müdafiə etmək üçün və BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə: “Bunlardan heç biri olmadığına görə, Aİ ölkələrinin bu müharibəyə qoşulmaq niyyəti yoxdur”.
Aİ rəsmisi Yaxın Şərqdəki müharibənin Rusiyaya faydalı olduğunu söyləyərək, onun bitməsinin Ukrayna üçün “eyni dərəcədə vacib” olmasına diqqət çəkib.
O, İranda hakimiyyətin yalnız xalq tərəfindən dəyişdirilə biləcəyini də vurğulayıb.
Azinformasiya.az