Avropa İttifaqı 2025-ci ildə Ukraynaya 27 milyard avro dəyərində silah-sursat təqdim edib.
Azinformasiya.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ittifaq ölkələrinin xarici işlər nazirlərinin iclasının yekunları üzrə açıqlamasında bildirib.
Onun sözlərinə əsasən, Avropa bu il Ukraynaya rekord həcmdə hərbi dəstək göstərib.
Kallas qeyd edib ki, Kiyevə, eyni zamanda 2 milyon ədəd döyüş sursatı tədarük olunub.
Azinformasiya.az